Şotlandiyanın nüfuzlu jurnalı "Qarabağ" klubundan nə yazdı?
23
avq
2017
17:14
Nüfuzlu “Football Times” jurnalı "Qarabağ" futbol komandası barədə geniş məqalə dərc edib.Yazıda "Qarabağ"ın doğma şəhəri olan Ağdamın Dağlıq Qarabağ münaqişəsi zamanı erməni ordusu tərəfindən dağıdılıb, əhalisinin isə şəhəri tərk etdiyi deyilir. Məqalənin müəllifi Azərbaycan və İrlandiyanın xarici işlər üzrə məsləhətçisi Fuad Ələkbərovdur.Məqalədə, həmçinin Qarabağın keçmiş baş məşqçisi və Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov barədə məlumat verilib. Ermənistanın Ağdamın böyük hisssəsini işğal etməsindən sonra "Qarabağ"ın ev oyunlarını Bakıda keçirdiyini yazan Şotlandiyalı yazar klubun doğma məkanda son matçını 1993-cü ildə "İmarət" stadionda keçirdiyini, klubun azarkeşləri, Qurban Qurbanovun uğurları, futbolçu Rəşad Sadıqovun və Qara Qarayevin həyatı, Tomas Qoltsun “Qarabağ” qaçqın futbol komandası haqqında çəkdiyi “On Aggregate” (“Məcmu”) filmi qeyd olunan məlumatlar sırasındadır.Məqalənin orijinalını, ingilis dilində buradan oxuya bilərsiz.http://www.planetfootball.com/in-depth/story-fk-qarabag-refugee-club-providing-hope-million/Elnur Eltürk
Oxşar xəbərlər
”Qarabağ” dünya azərbaycanlılarının qürur yerinə çevrilib”- Belçikalı aktyor
“Özüm futbol azarkeşi olduğum üçün “Qarabağ” klubunun Avropa liqalarda oyunlarını izləyirəm. Bu gün “Qarabağ”la qürurlanmamaq mümkün deyil. Azərbaycan futbolunu...