Ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 5-ci sayında dərc olunacaq.
Oxşar xəbərlər
Ali məktəblərə qəbulun nəticələri AÇIQLANDI
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib. Abituriyentlər (həmçinin subbaka...