Martın 15-dək vaxtınız var! Rəhbər vəzifəyə vakansiya elan edilib

Martın 15-dək vaxtınız var! Rəhbər vəzifəyə vakansiya elan edilib
Sosial 2027

Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.

Bu barədə BAKU.WS-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Vakansiya üzrə son müraciət tarixi martın 15-dir.

Qeyd edək ki, universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Universitet fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, eləcə də təhsilalanlarınyüksəksəviyyəli bilik və bacarıqlarla təmin edilməsi məqsədilə yüksəkixtisaslı peşəkar kadrlar üçünvakansiya elan edir.

Vəzifə: proqram rəhbəri

İşin təsviri:

1. müvafiq ixtisaslar üzrə fakültənin/məktəbin strukturuna dair təkliflərin hazırlanması;

2. müvafiq ixtisaslar üzrə təhsil proqramlarının hazırlanması;

3. müvafiq ixtisaslar üzrə təsdiq edilmiş təhsil proqramlarına uyğun tədris planları və digərtədris sənədlərinin hazırlanmasında iştirak;

4. fakültənin/məktəbin profilinə uyğun olaraq professor-müəllim heyətinə olan tələblərinmüəyyən edilməsi və bu tələblərə uyğun şəxslərin işəgötürülməsi prosesinin təşkili;

5. fakültə/məktəb Elmi Şurasına sədrlik;

6. fakültə/məktəb Elmi Şurasında vəzifələrin tutulması üçün seçkilərin (professor, dosent,baş müəllim, müəllim, assistent) keçirilməsinə rəhbərlik;

7. fakültədə/məktəbdə tədris prosesinin, tərbiyə və elmi-tədqiqat işlərinin təşkili;

8. təhsil proqramlarının icrasına rəhbərlik;

9. metodiki işin aparılmasına, elmi konfrans və seminarların təşkilinə nəzarət;

10. tələbə və professor-müəllim heyətinin mobilliyinin təmin olunması;

11. tələbələrin ixtisasları üzrə təcrübə keçməsinin təşkili;

12. təhsilverənlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı tədbirlərin görülməsi;

13. tələbə və məzunlara karyera məsləhət xidmətlərinin göstərilməsi.

Qeyd: “Müvafiq ixtisaslar” dedikdə pedaqoji, iqtisadiyyat, humanitar və sosial elmlər, mühəndislik, incəsənət vəturizm ixtisasları başa düşülür.

Tələblər:

1. elmi dərəcə və (və ya) elmi ad;

2. müvafiqprofilli ali təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifələrdə minimum 3 ilelmi-pedaqoji təcrübə;

3. ən azı B2 səviyyəsində ingilis dili bilikləri (digər xarici dil biliklərinin olması arzuolunandır);

4. liderlik və idarəetmə bacarığı;

5. innovativ, yaradıcı və interaktiv metod və texnologiyalardan istifadə bacarığı;

6. tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarığı;

7. yüksək kommunikasiya bacarığı.

Tələb olunan sənədlər:

1. tərcümeyi-hal;

2. ali təhsili təsdiq edən sənədlərin surəti;

3. dərc olunmuş elmi məqalələrin siyahısı;

4. müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxışı – maksimum 500 söz);

5. tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Qeyd: Universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraqişlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

Müraciət üçün son tarix: 15 mart 2024-cü il

Elektron poçt ünvanı: [email protected]

Son xəbərlər