Yeni bazarda balıqlar neçəyə satılır? - QİYMƏTLƏR

Yeni bazarda balıqlar neçəyə satılır? - QİYMƏTLƏR
Video
İqtisadiyyat 1026

"Keşlə bazarı"nın sökülməsindən sonra bazarda balıq tiracətlə məşğun olan sahibkarlar Dərnəgüldə salınan yeni bazarda fəaliyyətə başlayıblar. 

BAKU.WS-in məlumatına görə, yeni bazarda fəaliyyət göstərən sahibkarlar həm yerli, həm də xarici balıq məhsullarını satışa çıxarıblar. 

Bəs görəsən yeni "Keşlə bazarı"nda qiymətlər necədir? Balıqlar hansı qiymətə satılır? 

Yerli blogerlərdən biri bazarı qarış-qarış gəzərək satılab balıqların qiymətləri ilə maraqlanıb. Məum olub ki, bazarda yerli balıqlar xaricdən gətirilən balıqlardan nisbətən baha satılır. 

Hazırda balıqların bir kiloqramına görə qiymətləri belə dəyişir:

Xəşəm - 20-25 AZN

Alabalıq (forel) - 10-16 AZN 

Ağ balıq (beluqa) - 20-50 AZN,

Sazan - 5 -12 AZN

Ağ amur (belamur) 12-18 AZN

Xəzər külməsi (voblo) - 5-6 AZN

Kefal - 8 AZN

Norveç balığı - 30 AZN

Maraqlıdır ki, balıqların qiymətlərinə nəzər yetirdikdə, yerli balıqların xaricdən gətirilən balıqlardan baha qiymətə təklif edildiyini görürük. Bakıda yerli balıqların idxal olunan balıqlardan baha satılmasının bir neçə əsas səbəbi var.

Azərbaycanda balıqçılıq təsərrüfatları və təbii su hövzələri məhduddur. Xəzər dənizində və daxili su hövzələrində ov icazələri və kvotalar ciddi şəkildə tənzimləndiyi üçün bazara çıxarılan balığın miqdarı məhduddur. Bu da qiymətlərin artmasına səbəb olur.

Digər tərəfdən böyük həcmdə idxal edilən balıqlar üçün xüsusi soyuducu konteynerlər və toplu nəqliyyat üsulları istifadə edilir. Bu da qiyməti optimallaşdırır. Halbuki yerli balıqçılar üçün balığın ovlanması, saxlanması və bazara çıxarılması daha baha başa gəlir.

Orxan Hüseyn

Son xəbərlər