“Standard İnsurance”dan törəmə şirkətində erməni işçilərin çalışması xəbərinə RƏSMİ CAVAB
28
avq
2017
16:00
“Standard İnsurance” Sığorta Şirkəti “Standard İnsurance Georgia” Sığorta Şirkətində erməni işçilərinin çalışması xəbərinə münasibət bildirib. BAKU.WS-in sorğusuna cavab verən şirkətdən bildirilir ki, “Standard İnsurance Georgia” Sığorta Şirkətinin səhmdarı Azərbaycan şirkəti deyil. Belə ki, həmin şirkətin səhmdarı Avropa İttifaqı ərazisində qeydiyyatdadır və orada fəaliyyət göstərir: "Eyni zamanda, ASC “Standard İnsurance” Sığorta Şirkətinin sədrinin və İdarə Heyətinin bir nəfər üzvünün “Standard İnsurance Georgia” Sığorta Şirkətinin Müşahidə Şürəsının üzvləri olması müvəqqəti haldır. “Standard İnsurance Georgia” Sığorta Şirkətinin hazırkı səhmdarı tərəfindən müşahidə şürasını yeni tərkibinin formalaşdırılması prossesi gedir və həmin prosses bitənə qədər müşahidə şürasının köhnə üzvlərinin öz vəzifələrini icra etmələri xahiş olunmuşdur".Sığorta şirkətindən əmin edirlər ki, “Standard İnsurance Georgia” Sığorta Şirkətinin bir nəfər işçisinin erməni mənşəli olması barədə yayılan məlumatlar həqiqəti əks elətdirmir: "Həmin şəxs erməni deyil yezidi kürd etnik mənşəli Gürcüstan vətəndaşıdır. Həmin şəxsin etnik mənşəyini təsdiq edən sənədlər “Standard İnsurance Georgia” Sığorta Şirkətində mövcuddur. “Standard İnsurance Georgia” Sığorta Şirkətinin ASC “Standard İnsurance” Sığorta Şirkəti ilə hər hansı əməkdaşlıqı hal hazırda yoxdur".ŞahinBAKU.WS
Oxşar xəbərlər
“Standard İnsurance” şirkətində erməniləri kim işə götürür? (FOTOFAKT)
“Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olan “Standard İnsurance Georgia” ilə bağlı BAKU.WS-in redaksiyasına maraqlı məluma...