SOCAR "yaşıl enerji" sahəsində Xəzəryanı ölkələrin şirkətlərinə konsorsiumlar yaratmağı təklif edir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bərpa olunan enerji sahəsində Xəzəryanı ölkələrin şirkətlərinə konsorsiumlar yaratmağı təklif edir.
BAKU.WS xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidenti Əfqan İsayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, hazırda dünyada bərpa olunan enerji sahəsinə dair əsas problem şəbəkə məhdudiyyətləri ilə bağlıdır: "Bu problem hazırda planetin hər bir ölkəsində mövcuddur. Çünki şəbəkə tarazlıq saxlamalıdır. Bu, çox vacibdir. Bütün layihələrimizlə, tərəfdaşlarımızla şəbəkənin məhdudiyyətlərinə çatırıq. Amma həllər də var. Məsələn, biz şəbəkə operatoru ilə birlikdə nəzərdən keçirdiyimiz batareya enerji saxlama həlləri və əvvəllər bu, litium ion batareyaları idi. İndi biz daha əlçatan, ətraf mühitə daha az zərərli olan natrium ion batareyalarının inkişafını görürük".
O qeyd edib ki, SOCAR üçün bərpa olunan enerji sahəsinin inkişafı ilə bağlı digər əhəmiyyətli çətinlik açıq dənizlərə çıxışın olmamasıdır: "Çox iri, mürəkkəb, böyük avadanlığın logistikası çətindir. Biz bunu tərəfdaşlarımızla ilə birgə həyata keçirdiyimiz layihələrimizdə görmüşük, xüsusilə külək enerjisi ilə bağlı layihələrdə. Amma zaman və təcrübə ilə, artıq bizim bəzi tərəfdaşlarımız logistik çətinlikləri həll ediblər".
Ə.İsayev bildirib ki, logistik çətinliklər hələ də qalır: "Dənizdə külək qüllələrini qurmaqla bağlı da çətinliklər var. Bizə burada inşa etməli olduğumuz ixtisaslaşmış böyük gəmilər lazımdır. Beləliklə, başqa bir mövzu lokallaşdırmadır. Biz bunu edə bilərik. Buna görə də biz Xəzər dənizi ətrafındakı qonşu tərəfdaşlarımıza bərpa olunan enerji sahəsində birləşməyi, neft və qaz sahəsində etdiyimiz kimi konsorsiumlar yaratmağı təklif edirik. Biz bütün qonşularımızla Xəzərin dəniz imkanlarının inkişafı üçün eyni şeyi edə bilərik. Biz xərcləri bölüşəcəyik və bu, hər bir ölkə üçün daha sürətli və daha ucuz olacaq".
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 1 %-dən çox artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,77ABŞ dolları, yaxud 1,1 % artaraq 69,24 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...
