SOCAR Slovakiya şirkəti ilə əməkdaşlığı genişləndirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Slovakiyanın SPP şirkəti arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin SPP-nin İdarə Heyətinin sədri Yuray Ondris ilə görüşdə aparılıb.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında enerji sektorunda uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib. Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyəti qeyd olunub. 2024-cü ilin dekabrından Azərbaycan qazının Slovakiyaya təchizatına başlanılmasının əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı iki şirkət arasında həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
SOCAR Bolqarıstanın enerji sektorunda tərəfdaşlığı dərinləşdirir
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Bolqarıstan arasında enerji sektorunda tərəfdaşlığın dərinləşdirilməsi nəzərdən keçirilib. BAKU.WS SOCAR-a istinadən x...