SOCAR: Səngəçal terminalında 7 kompressor istismardan çıxarılacaq
Səngəçal terminalında 7 kompressor istismardan çıxarılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-da (BCAW 2026) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, "Lightsource BP" şirkəti ilə birlikdə işğaldan azad edilmiş Cəbrayıl ərazisində 240 meqavatlıq günəş-fotoelektrik elektrik stansiyasının tikintisinə başlanılıb: "Bu obyektin məqsədi regionun ən böyük neft və qaz terminalını – Səngəçal terminalını elektrik enerjisi ilə təmin etmək, elektrikləşdirməkdir. Ən heyrətamiz məqam odur ki, Azərbaycanda ilk dəfə olaraq ötürücü sistem operatoru ilə birlikdə virtual enerji ötürülməsi razılaşması imzalanıb. Beləliklə, gələn il, neft və qaz terminalına tamamilə elektrikləşdirilmiş şəkildə elektrik enerjisi çatdıra biləcəyik".
Ə. İsayev bildirib ki, 7 kompressor istismardan çıxarılacaq: "Təcili hallar üçün bir neçəsini saxlayacağıq, lakin yeddisi istismardan çıxarılacaq. İllik əsasda bir neçə yüz min ton CO₂ ekvivalenti həcmində qənaət ediləcək".
Oxşar xəbərlər
KOBİA: İndiyədək sahibkarlara 633 investisiya təşviqi sənədi təqdim edilib
Bu günədək Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi təqdim edilib. Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiç...