SOCAR "Özbəkneftqaz" ilə əməkdaşlıq məsələlərini müzakirə edib

SOCAR Özbəkneftqaz ilə əməkdaşlıq məsələlərini müzakirə edib
İqtisadiyyat 55

"Özbəkneftqaz" şirkətinin İdarə Heyətinin sədri Abduqani Sanginov SOCAR-ın törəmə şirkətləri - "SOCAR Trading" və "SOCAR Downstream Management" rəhbərliyi ilə görüşüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Özbəkneftqaz" SC-nin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər qeyd ediblər ki, Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq iki ölkənin prezidentləri Şavkat Mirziyoyev və İlham Əliyev tərəfindən dəstəklənir və son illərdə ardıcıl şəkildə inkişaf edir. Vurğulanıb ki, yüksəksəviyyəli siyasi dialoq neft-qaz sektorunda əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır.

SOCAR nümayəndələri Buxara Neft Emalı Zavodunun səmərəliliyinin artırılması istiqamətində "Özbəkneftqaz" ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildiriblər. Görüş zamanı müasir əməliyyat texnologiyalarının tətbiqi, istehsal proseslərinin rəqəmsallaşdırılması və enerji səmərəliliyinin artırılması üzrə təkliflər təqdim olunub.

Danışıqların yekununda tərəflər praktiki əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. Həmçinin Azərbaycan tərəfdən müəssisəyə texniki auditin aparılması və növbəti addımlar üzrə konkret təkliflərin hazırlanması məqsədilə işçi qrupunun səfərinin təşkili barədə razılıq əldə edilib.

Son xəbərlər