SOCAR-ın törəmə müəssisəsi adını dəyişib
31
avq
2023
11:46
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “Caspian Engineering Procurement and Construction” MMC adını dəyişib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, şirkət artıq “SOCAR Projects” adlanır.
Xatırladaq ki, “Caspian Engineering Procurement and Construction” 2021-ci ildə yaradılıb. Onun hüquqi ünvanı SOCAR-ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73-dür.
“SOCAR Projects” şirkətinin nizamnamə kapitalı 10 min manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir.
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...