SOCAR-ın növbəti 10 ildəki hədəfləri açıqlandı
"Növbəti 10 il ərzində qarşımıza məqsəd qoymuşuq ki, SOCAR təkcə neft-qaz şirkəti deyil, həm də milli enerji şirkətinə çevrilsin. SOCAR-ı 2050-ci ildə yerli və regional deyil, qlobal enerji təhlükəsizliyinə və iqlim davamlılığına töhfə verən enerji şirkət kimi görürük".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Teymur Quliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
O bildirib ki, şirkətin ortamüddətli hədəfləri var:
"Qarşıdakı hədəfləri 2030-cu ilə məşəldə rutin yandırmanın sıfıra endirilməsi, "Upstream" emissiyaları intensivliyinin 30 faiz azaldılması, 2035-ci ilə korporativ emissiya intensivliyinin 30 faiz azaldılması, ümumi emissiyaların 20 faiz azaldılması və 2050-ci ildə "xalis sıfır"a çatmaqdır. "Upstream" seqmentində sıfıra yaxın metan intensivliyi də hədəf götürülüb".
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları və ya 0,04 % azalaraq 72,75 ABŞ dolları təşkil edib. BAKU.WS xəbə...