SOCAR Bakı Enerji Həftəsində konsepsiya təqdim edəcək
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı Enerji Həftəsi çərçivəsində "Etibarlı tərəfdaş, güvənli enerji" konsepsiyasını təqdim edəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın mətbuat katibi Emin Sevdimalıyev Bakı Enerji Həftəsi və "TransLogistika Caspian" sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 31-ci Beynəlxalq Xəzər Neft və Qaz sərgisində təqdim olunacaq SOCAR stendinin dizayn konsepsiyası məhz bu ideya əsasında hazırlanıb: "Stenddə şirkətin tarixi, mövcud fəaliyyəti və gələcək inkişaf strategiyası barədə geniş məlumat təqdim ediləcək. Eyni zamanda, SOCAR-ın enerji sektorunda strateji mövqeyi, beynəlxalq tərəfdaşlıqları və enerji təhlükəsizliyinə verdiyi töhfələr nümayiş etdiriləcək. Stend xüsusilə media nümayəndələri və tədbir iştirakçıları üçün maraqlı məkanlardan biri olacaq. SOCAR builki Bakı Enerji Həftəsində baş tərəfdaş qismində iştirak edir və şirkət rəhbərliyi forum çərçivəsində enerji transformasiyası, gələcək strategiyalar və regional əməkdaşlıq mövzularında çıxışlar edəcək".
Oxşar xəbərlər
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 22 %-dən çox artıb
Bu il mayın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 614,2 milyon manat təşkil edib. BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Ban...