İşsizlərə ŞAD XƏBƏR: Xaricə göndəriləcəklər
Azərbaycandan Qətərə miqrant işçi qrupu göndəriləcək. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qətər rəsmiləri ilə danışıqlar aparılır. BAKU.WS-in məlumatına görə, bu barədə xezerxeber məlumat yayıb.
Azərbaycandan göndəriləcək işçilər 2022-ci ildə Qətərdə keçiriləcək Futbol üzrə dünya Çempionatı üçün aparılan tikinti işlərində çalışacaqlar. Nazirin sözlərinə görə, təkcə Qətər deyil, digər ölkələrlə də belə danışıqlar aparılır və dəqiq nəticə yaxın zamanlarda bilinəcək.
Ölkəmizdəki işsizlik səviyyəsində də danışan nazir bildirib ki, hesablamalara görə, 2025-ci ilə qədər hər il Azərbaycan bazarına 100 min yeni işçi qüvvəsi daxil olacaq. Bu rəqəmləri nəzərə alaraq işsizlik səviyyəsinin artmaması üçün yeni iş yerlərinin açılmasına ehtiyac var.
Ölkədəki demoqrafik vəziyyətin dəyişməsindən də danışan nazir bildirib ki, son 20 ildə Azərbaycanda 65 yaşdan yuxarı olan insanlarin sayı 4,8 faizdən 6,2 faizədək artıb, hesablamalara görə isə 2050-ci ilə qədər bu rəqəm 23 % -ə çatacaq. Bunun üçündə nazirlik tərəfindən beynəlxalq təcrübə və çıxış yolları öyrənilir.
BAKU.WS
Oxşar xəbərlər
Nazir: "Azərbaycan əhalisinin qocalma meyilliliyi artıb"
"Yeni əsrdə əmək sferası böyük dəyişikliklərə məruz qalır. Son 40 ildə əməyin ÜDM-də payı inkişaf etmiş ölkələr üzrə 75 faizdən 65 faizə qədər azalıb”. BAKU.W...