Hadı Rəcəblinin "insanların ömrü uzanıb" iddiası haqda RƏSMİ STATİSTİKA

Hadı Rəcəblinin insanların ömrü uzanıb iddiası haqda RƏSMİ STATİSTİKA
Sosial 3734

 

Ötən gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin saytımıza pensiya yaşının artırılmasının səbəbini insanların ömrünün uzanması ilə izah etməsi ölkə gündəmində ciddi müzakirə obyektinə çevrilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən açıqlamadan sonra bir sıra iqtisadçı ekspertlər, sosial şəbəkə istifadəçiləri komitə sədrinin əsaslandığı faktı sərt tənqid ediblər. Bildiriblər ki, ölkədə insanların 65 yaşa çatması faktı düz deyil, insan ömrü uzanmayıb, əksinə isə azalıb. Beləliklə, ictimaiyyət növbəti dəfə Hadi Rəcəblinin arqumentini tənqid atəşinə tutub.

Sayt məsələnin aktual olduğu bir vaxtda əhalinin yaş qrupları üzrə statistikasını əldə edib. Məlum olub ki, həqiqətən də, Azərbaycanda son 6 ildə insanların ömrü uzanıb.

Son 6 ilin statistikasına nəzər salsaq, deyə bilərik ki, 2010-cu ildə 65-69 yaş qrupu üzrə əhalinin sayı 138,5 min nəfər, 70-dən yuxarı yaş qrupu üzrə isə 396,5 min nəfər olub.

2011- ci ildə isə 65-69 yaş qrupu üzrə bir qədər azalma müşahidə olunub. Bu say 120,7 min nəfər təşkil edib. 70 yaşdan yuxarı qruplarda isə əksinə artım baş verib və göstərici 406,8 min nəfər olub.

2012- ci ildə 65-69 yaş qrupu üzrə əvvəlki ilə nisbətən artım müşahidə olunub və bu göstərici 122,9 min nəfər təşkil edib. 70 yaşdan yuxarı yaş qrupunda isə artım müşahidə olunub və 408,4 min nəfər təşkil edib.

2013- cü ildə 65-69 yaş qrupu üzrə əhalinin sayı bir qədər artıb və bu rəqəm 136,4 min nəfər olub. 70 yaşdan yuxarı əhalinin sayında isə azalma müşahidə olunub və bu say 401,8 min nəfər təşkil edib.

2014- cü ildə 65-69 yaş qrupu üzrə əhali sayında isə daha 27 min nəfər artım müşahidə edilib. Yəni 136,4 min nəfərdən 163,4 min nəfərə qədər artım qeydə alınıb. 70 yaşdan yuxarı yaş qrupundə isə 11, 5 min nəfər azalma müşahidə edilib və göstərici 390,3 min nəfər təşkil edib.

2015- ci ildə 65-69 yaş qrupu üzrə bir qədər də artım baş verib və göstərici 190,4 min nəfər olub. 70 yaşdan yuxarı əhali sayında isə ötən ildə olduğu kimi azalma qeydə alınıb və bu rəqəm 380,3 min nəfər təşkil edib.

Və son olaraq 2016- ci ildə 65-69 yaş qrupu üzrə artım artıq 200 mini keçərək 222,3 min nəfər təşkil edib. 70 yaşdan yuxarı yaş qrupunda isə əhalinin sayı 375,2 min nəfər olub.

Beləliklə, rəsmi statistikadan belə nəticəyə gəlmək olar ki, 2010- cu illə müqayisədə Azərbaycanda 65 yaşdan yuxarı olan əhalinin sayında 62,5 min nəfər artım olub.

BAKU.WS

Son xəbərlər