Nazir işsizlikdən danışdı: "Hökumət tədbirlər görəcək"

Nazir işsizlikdən danışdı: Hökumət tədbirlər görəcək
İqtisadiyyat 1302

 

"Azərbaycan hökuməti iş yerlərinin azalmasına yol verməmək üçün tədbirlər görəcək".

BAKU.WS-in Trend-ə istinadla verdiyi məlumata görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, Azərbaycanın gəlirləri azalıb, buna görə də belə şəraitdə hökumət və əhali bütün imkanlarını səfərbər etməlidir.

S.Müslümovun sözlərinə görə, məşğulluq orqanları işin itirilməsi ilə bağlı işsizlik və ya işsiz statusu üzrə müavinətin alınmasına görə müraciətlərin necə dəyişməsini öyrənir: "Çox güman ki, ümumi mənzərə ayın sonuna bəlli olacaq".

BAKU.WS

Son xəbərlər