Səfir: Orta Dəhliz əsas marşruta çevrilə bilər
Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ölkələrə əhəmiyyətli iqtisadi üstünlüklər verir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu Astanada keçirilən "Qazaxıstan Enerji Həftəsi 2025" çərçivəsindəki panel sessiyasında çıxışı zamanı deyib.
"Orta Dəhliz əsas ticarət marşrutuna çevrilə bilər", - diplomat qeyd edib.
Səfir həmçinin region ölkələrinin logistikanı inkişaf etdirmək və yeni marşrutların tətbiqi üçün potensialının olduğunu vurğulayıb.
"İnkişaf etmiş Qərb ölkələri üçün neft və qaz mühüm strateji resurslardır. İqtisadi inkişafın enerji vektoru diqqəti cəlb edir", - Kapucu bildirib.
Oxşar xəbərlər
Azərbaycan iqtisadi fəaliyyət xərclərini 13 %-dən çox artırır
2027-ci ildə Azərbaycanda iqtisadi fəaliyyət xərclərinin 8 milyard 891 milyon manat olması nəzərdə tutulur. BAKU.WS bu barədə Maliyyə Nazirliyinə istinadən xəbə...