“Səba” daha bir məşhur toxum istehsalçısının eksklüziv distribüteri oldu

“Səba” daha bir məşhur toxum istehsalçısının eksklüziv distribüteri oldu
İqtisadiyyat 1121
“Səba” şirkəti Azərbaycanda Türkiyənin “MAY” şirkətinin toxumlarını təqdim etməyə başlayıb. “Səba”ya daxil olan “Qarabağ Taxıl” MMC istehsal və hazırlama gücü ilə Türkiyənin əkinçilikdə ən qabaqcıl investoru olan "MAY-Agro Tohumculuk Sanayi Ve Ticaret" şirkəti ilə eksklüziv distribüterlik haqda müqavilə imzalayıb. 1978-ci ildən fəaliyyət göstərən “MAY” şirkəti illik 30 min tondan artıq sertifikatlaşdırılmış toxum istehsalı gücünə malikdir. Şirkətin Azərbaycanda təqdim olunan toxum sortlarının hamısı ölkəmizdə də sertifikatlaşdırılıb.Azərbaycan əhalisinin gələcəyini və sağlam məhsul yetişdirilməsini vacib sayan “Səba”-nın “MAY” Toxum ilə müqavilə bağlamasının əsas səbəblərindən biri də, Türkiyədə GMO məhsul yetişdirilməsinin və satışının qadağan olunmasıdır. “Səba” şirkəti “MAY” toxumlarını artıq öz sahələrində sınaqdan keçirib və özü becərməklə yanaşı, fermerlərə də bu toxumları əldə etmək və təsərrüfatlarında əminliklə istifadə etmək imkanı yaradır.Qarğıdalı və soya yetişdirməklə yanaşı, “Səba” bu bitkilərin toxumlarının satışı ilə də məşğuldur. “Səba” dünyanın məşhur toxum istehsalçısı DuPont şirkətinin Pioneer brendinin qarğıdalı toxumlarının Azərbaycanda eksklüziv distribüteridir. Bu şirkətin İsveçrədəki nümayəndəliyi ilə müqavilə bağlayan “Səba” Azərbaycana Avropa istehsallı – GMO-dan azad toxumlar gətirir.Dünyada həm də Araşdırma və İnkişaf sahəsi ilə tanınan “MAY” Toxum şirkətinin toxumları yüksək məhsuldarlığı ilə fərqlənir. Doğru aqrokimyəvi qulluq zamanı bu toxumlar hektardan 50-60 sentner məhsul verimi qabiliyyətinə malikdir.“Səba”dan verilən məlumata görə, şirkət bu il soya əkini üçün nəzərdə tutduğu sahəni artıraraq, 3300 hektara çatdırıb.Qeyd edək ki, “Qarabağ Taxıl” MMC Ağcabədi və Beyləqan ərazilərində qarğıdalı və soya becərir. Şirkətin becərdiyi məhsulun bir hissəsi “Səba” quşçuluq müəssisəsində yetişdirilən quşlara yem üçün ayrılır. Bundan başqa, şirkət məhsulunun bir hissəsini də fermerlərə satır.

Oxşar xəbərlər

Ölkənin ən iri qarğıdalı istehsalçısı nə qədər məhsul yığdı?

Ölkənin ən iri qarğıdalı istehsalçısı nə qədər məhsul yığdı?

“Səba» şirkəti qarğıdalı yığımını başa çatdırıb. Şirkət, hər il olduğu kimi, bu il də qarğıdalı yığımından yüksək məhsul əldə edib. Səba sahələrinin hər hektarı...

1338 İqtisadiyyat 11:39 14 sentyabr 2017

Son xəbərlər