Sabiq nazirin oğlunun Londondakı biznesi ortaya çıxdı - FOTO

Sabiq nazirin oğlunun Londondakı biznesi ortaya çıxdı - FOTO
İqtisadiyyat 3911
Daha bir araşdırma və Azərbaycanın talanan sərvətlərinin izi ilə Londonda daha bir ünvan: Birləşmiş Krallıq, London, City Road 160, Kemp House.BAKU.WS yenicag.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmaçı-jurnalist Cavanşir Həsənli yazıb.Araşdırmalara görə, bu ünvan keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasova aiddir. Keçmiş nazirin oğlu, eyni zamanda bu yaxınlarda vəzifəsindən azad edilmiş Etibar Pirverdiyevin kürəkəni 32 yaşlı Eldar Abbasovun yeni açdığı şirkət də bu ünvanda yerləşir.
Jurnalist yazır ki, Eldar Abbasov atasının Azərbaycanın rabitəsindən kəsdiyi yeyintiləri Britaniyada eyni sahəyə yatırım edib. Onun təsis etdiyi BİTTOP LİMİTED şirkəti bu ilin aprelin 28-də Londonda qeydiyyatdan keçib və 11334512 saylı şəhadətnamə alıb. BİTTOP LİMİTED məlumatın işlənilməsi (data prosessing), hosting və s. müvafiq fəaliyyətlərlə məşğuldur.Bu Eldar Abbasovun Londonda açdığı ilk şirkət deyil. Bundan əvvəl, yəni ötən ilin noyabrın 16-da maliyyə vasitəçiliyi ilə məşğul olan JDE CAPITAL LTD-ni təsis etsə də, ötən ayın 2-də onun fəaliyyətini dayandırıb. Görünür bu sahədə bəxti gətirməyib.BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudov üzə çıxdı: Bakıda “Porsche” ilə gedərkən...

Eldar Mahmudov üzə çıxdı: Bakıda “Porsche” ilə gedərkən...

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov uzun müddətdən sonra Azərbaycanda görünüb. Ölkə.Az-ın əldə etdiyi məlumata görə, 2016-cı ilin dekabrında Eldar...

18265 Siyasət 11:57 06 yanvar 2017

Son xəbərlər