Rusiyanın ən zəngin azərbaycanlıları - SİYAHI
"Forbes” jurnalı Rusiyanın 200 ən zəngin iş adamının siyahısını dərc edib.
BAKU.WS xəbərinə görə, onların arasında Azərbaycandan olan milyarderlər də var.
Azərbatycanlıların siyahısına "Lukoyl” şirkətinin prezidenti 8,9 milyard dollarlıq sərvətlə Vahid Ələkbərov rəhbərlik edir. Neftin qiymətdən düşməsi Vahid Ələkbərovun sərvətinə təsir edib. O son bir ildə 3,3 milyard dollar itirib.
İkinci və üçüncü yerləri 3,2 milyard dollarla qubalı iş ortaqları, "Kiyevskaya ploşad” şirkətlər qrupunun sahibi Zarah İliyev və Qod Nisanov tutur.
Dördüncü yerdə 1,4 milyard dollar sərvət ilə bakılı Fərhad Əhmədov qərarlaşıb.
Beşinci yerə isə 1,2 milyard dollarlıq sərvətlə Araz Ağalarov sahib çıxıb.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı milyarder “tender kralları” siyahısında
"Forbes” jurnalının rus versiyası Rusiyanın dövlət büdcəsindən ötən il ərziində ən çox podrat sifarişləri alan şirkətlərin reytinqini dərc edib. Virtualaz.org...