Rubl və lirənin ucuzlaşması Azərbaycanda dolları bahalaşdıra bilər – EKSPERT RƏYİ

Rubl və lirənin ucuzlaşması Azərbaycanda dolları bahalaşdıra bilər – EKSPERT RƏYİ
İqtisadiyyat 14280
“Rusiya və Türkiyə Azərbaycan üçün vacib ticarət tərəfdaşlarıdır. Ölkəmizin qeyri-neft məhsulları hər iki ölkəyə nəql olunur. Bu baxımdan hər iki ölkə iqtisadiyyatı Azərbaycan üçün çox vacibdir”.Bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, Rusiya bazarlarında bahalaşama təbii ki, Azərbaycan iqtisadiyyatına mənfi təsir edir.
“Türkiyədə də lirənin ucuzlaşması eyni zamanda mənfi təsir edir. Bu ölkələrlə ticarət əlaqələrimizə təsir edəcək. Rubl və lirənin ucuzlaşması valyuta bazarında Azərbaycan manatına da psixoloji baxımdan təsir edir. Artıq bəzi banklarda dolların az da olsa baha satılması ilə müşahidə olunur. Mərkəzi Bank isə mövcud qiymətləri qoruyub saxlamaqdadır”, - deyə Vüqar Bayramov bildirib.Gələcəkdə manatın sürətlə ucuzlaşmasına gəlincə, Vüqar Bayramov bunu Mərkəzi Bankın tutacağı siyasətdən asılı olacağını bildirib:“Manatın dollara nisbətən məzənnəsində də dəyişikliklər ola bilər. Lakin bu qeyri-neft sektorundakı azalmanın qarşısını ala bilər. Hansı yol seçiləcək, bunu dəqiq demək mümkün deyil. Yaxşı olardı ki, Azərbaycanla sıx ticarət əlaqələrində olan ölkələrin valyuta məzənnəsini nəzərə alaraq, manatın dollara nisbətini müəyyən etsin.Manatın məzənnəsinin interval daxilində dəyişməsini təklif etmişdik. Mərkəzi Bank praktik olaraq bizim təklifimizi nəzərə alacaqlar.Əgər dolların dəyərini bazar müəyyən etsəydi, onda gələcəkdə manatın məzənnəsinin hansı səviyyədə olacağını demək olardı”.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər