Qlobal iqtisadi böhran ehtimalı artır
Yeniliklərdən dərhal xəbərdar olun
"J.P.Morgan Chase" analitiklərinin fikrincə, ABŞ-nin idxal rüsumlarının artırılmasından sonra 2025-ci ildə dünya iqtisadiyyatında böhran riski 40%-dən 60%-ə yüksəlib.
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, ekspertlər ABŞ-nin ticarət siyasətini gözləniləndən daha neqativ hesab edirlər.
Bankın məlumatında bildirilir ki, idxal rüsumları artımının təsiri və digər ölkələr tərəfindən qarşılıqlı tədbirlər ABŞ-də biznes mühitinin pisləşməsi və təchizat zəncirlərində pozuntulara səbəb olacaq. Bütün bunlar isə qlobal iqtisadi böhran riskini artırır.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...