Qızıl qiymətləri tarixi zirvədə
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni həftəyə dünya bazarları kəskin yüksəlişlə başlayıb.
BAKU.WS xəbər verir ki, keçən həftəni 4 509 dollarla başa vuran bir unsiya qızıl, həftənin ilk ticarətində artımını davam etdirərək 4 601 dollar səviyyəsinə qalxıb və bütün zamanların ən yüksək göstəricisini yeniləyib.
Səhər saatlarında unsiya qiyməti 4 577 dollar ətrafında sabitləşməyə çalışır.
Bazarların diqqəti bu həftə ABŞ-də açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib. FED-in gələcək pul siyasəti baxımından mühüm sayılan dekabr ayı üzrə ABŞ TÜFE göstəricisinin illik 2,7%, aylıq isə 0,3% səviyyəsində olacağı proqnozlaşdırılır. Gözləntilərdən zəif nəticə açıqlanacağı halda faiz endirimi ehtimallarının güclənə biləcəyi bildirilir.
Xatırladaq ki, ötən həftə ABŞ-də açıqlanan kənd təsərrüfatı xaric məşğulluq göstəricisi proqnozdan aşağı – 50 min artım göstərmiş, işsizlik səviyyəsi isə 4,4%-ə enmişdi.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...