Prezidentin köməkçisi: "Post-neft dövrünün belə tez yetişəcəyini gözləmirdik"
Azərbaycanın 2025-ci ilə qədər iqtisadi inkişafı ilə bağlı yol xəritəsinin hazırlanması üçün ABŞ-ın "McKinsey & Company” şirkəti cəlb edilib.
"Report” xəbər verir ki, bu barədə "Financial Times” jurnalına açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib.
N.Əmirov post-neft dövrünün belə tez yetişəcəyini gözləmədiklərini açıqlayıb: "Biz post-neft dövrünə 10-15 ilə qədəm qoyacağımızı gözləyirdik, amma faktiki olaraq bu gün artıq həmin vəziyyətdəyik”.
Qeyd edək ki, "McKinsey & Company” ötən ay bir neçə ölkənin iqtisadi diversifikasiyası üçün konsultasiya xidmətləri göstərməyə başladıqlarını açıqlamışdı.
BAKU.WS
Oxşar xəbərlər
Növbəti 10 il üçün Azərbaycanın iqtisadi strategiyası açıqlandı
Milli iqtisadiyyatın strateji yol xəritəsi Azərbaycanın növbəti on il üçün iqtisadi strategiyasında əsas sənəd olacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan...