Prezidentin köməkçisindən manat açıqlaması
"Hazırda Azərbaycanda manatın məzənnəsində Mərkəzi Bankın təcili müdaxiləsini tələb edən ciddi dəyişikliklər müşahidə olunmur".
BAKU.WS-in trend-ə istinadla verdiyi məlumata görə, bunu Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov "Azərbaycanda aparılan iqtisadi islahatlara Azərbaycanda Amerika Ticarət Palatasının dəstəyi" mövzusunda keçirilən konfransda bildirib.
O bildirib: "Bizim manatın məzənnəsi üçün "qırmızı xətt"imiz yoxdur. Ümumilikdə iqtisadiyyata zərər vura biləcək istənilən səviyyə (məzənnənin səviyyəsi) "qırmızı xətt" hesab olunur. Belə hallarda Mərkəzi Bank müdaxilə edir".
Prezidentin köməkçisi qeyd edib ki, bazarın tələbatı manatın obyektiv məzənnəsini müəyyənləşdirməyə imkan verir: "Manatın məzənnəsi, o cümlədən idxalın səviyyəsindən asılı olaraq da dəyişə bilər".
BAKU.WS
Oxşar xəbərlər
Manatla bağlı bədbin proqnoz: kəskin ucuzlaşacaq
"Azərbaycan Mərkəzi Bankı üzən məzənnə siyasətinə tam keçidi təmin etmək üçün ekperiment aparır. İlk vaxtlar üzən məzənnəyə keçidə cəhd edən Mərkəzi Bank, sonra...