Prezident pensiyaçıları sevindirəcək – Bu tarixdən minimum pensiya 200 manat olacaq

Prezident pensiyaçıları sevindirəcək – Bu tarixdən minimum pensiya 200 manat olacaq
İqtisadiyyat 10507
2019-cu ilin 1 oktyabr tarixindən etibarən Azərbaycanda pensiyaların minimum həddi 160 manatdan 200 manata qaldırılacaq.BAKU.WS xəbər verir ki, bu haqda Milli Məclisdəki (MM) mənbələrdən “etikxeber.az”a məlumat daxil olub.Bildirilib ki, dövlət başçısı İlham Əliyevin imzası və təqdimatı ilə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsi artıq MM-ə daxil olub.Qanun layihəsi sabah-iyunun 20-də MM-in Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə və 28 iyun tarixli plenar iclasına tövsiyə olunacaq.Qanun layihəsi qəbul olunub, imzalandıqdan və hüquqi qüvvəsinə mindikdən sonra 25 faizlik artım təxminən 700 minə yaxın pensiyaçını əhatə edəcək.

Oxşar xəbərlər

Son xəbərlər