“Petkim” avrobond üzrə növbəti faiz ödənişini həyata keçirib
26
iyl
2019
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” İrandiya Fond Birjasında yerləşdirdiyi 500 mln. ABŞ dolları məbləğindəki avrobond üzrə üçüncü faiz ödənişini həyata keçirib.BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə “Petkim” Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) məlumat yayıb.Qeyd edilib ki, avrobond sahiblərinin hesablarına ümumilikdə 14 687 500 dollar köçürülüb.Qeyd edək ki, “Petkim (Petrokimya) Holding” 500 mln. ABŞ dolları məbləğində ilk avrobond emissiyasını 2018-ci il yanvarın 26-da İrlandiya Birjasında yerləşdirib. Tədavül müddəti 5 il olan bu istiqrazların illik gəlirliliyi 5,875% nəzərdə tutulub.Xatırladaq ki, 2008-ci ildə tamamlanan özəlləşdirmə prosesinin sonunda “Petkim”in əsas səhmdarı SOCAR olub. Hazırda SOCAR “Petkim Holding”də 51% paya malikdir, “Petkim”in qalan səhmləri isə İstanbul Birjasında dövriyyədədir.
Oxşar xəbərlər
SOCAR Türkiyəyə sərmayə yatırmağa davam edəcək
SOCAR-ın Türkiyə rəhbərliyi, “Petkim” və “Star” neft emalı zavodu baş direktorları arasında görüş keçirilib. “Haberturk” xəbər verir ki, görüşdə çıxış edən “Sta...