Türkiyə polisi SOCAR-a məxsus şirkətdə axtarış aparır

Türkiyə polisi SOCAR-a məxsus şirkətdə axtarış aparır
Hadisə 981
 

"Petkim Petrokimya Holding A.Ş."-yə məxsus olan və İzmir şəhərinin Aliağa adlanan ərazisində yerləşən bir neçə obyektdə Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat FETÖ terror qruplaşmasına qarşı aparılan tədbirin tərkib hissəsidir.

Hüquq-mühafizə orqanları ərazidə axtarışlar aparır.

Saxlanılanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bundan başqa, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.

BAKU.WS

Son xəbərlər