Pərviz Şahbazov: "İğdır-Naxçıvan qaz kəməri Naxçıvan və İğdır əhalisinin rifahına xidmət edəcək"
Yeniliklərdən dərhal xəbərdar olun
İğdır-Naxçıvan qaz boru kəməri layihəsi Naxçıvanın qaz təchizatını şaxələndirməklə yanaşı, həm Naxçıvan, həm də İğdır əhalisinin rifahına xidmət edəcək.
"Report" xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov İğdır-Naxçıvan təbii qaz kəməırinin açılışı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, layihə bölgələrin gələcəkdə inkişafı üçün rol oynayacaq:
"Layihənin daha bir özəlliyi ondan ibarətdir ki, bu gün maksimum ötürmə gücü 730 milyon kubmetrdirsə, gələcəkdə layihənin genişləndirilməsi imkanları da var.
Bununla yanaşı, bu layihədə əks istiqamətdə də qaz hərəkət edə bilər, bu, layihənin bölgə üçün böyük mənaya gəldiyini deməyə əsas verir.
Mən fürsətdən istifadə edərək hörmətli Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğana təşəkkür edirəm".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...