Pensiya alanları SEVİNDİRƏCƏK XƏBƏR - 320 manat oldu
Azərbaycanda əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunub.
BAKU.WS xəbər verir ki, bununla bağlı "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi təklif olunub.
Dəyişiklik layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq.
Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi "Əmək pensiyaları haqqında" qanunda edilməsi nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb.
Belə ki, layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.
Qeyd edək ki, bundan əvvəlki əmək pensiyasının minimum məbləği 280 manat məbləğində müəyyən edilmişdi.
Oxşar xəbərlər
Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb"
"Bu gün fəaliyyətə başlayan II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu olduqca uğurlu keçir, çünki forumu şəxsən Prezident açıb". BAKU.WS xəbər verir ki, bunu...