Ötən il cari xərclərin 92 %-i qeyri-neft-qaz sektorunun hesabına qarşılanıb
2025-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet istiqamətləri və digər zəruri xərclərin icrası üçün tələb olunan məbləğdə maliyyə vəsaiti tam və vaxtında təmin edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanununun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, ötən il dövlət büdcəsinin xərcləri proqnozun 93,2 %-i qədər və yaxud 38,6 milyard manat icra edilib ki, bu da 2024-cü illə müqayisədə 891 milyon manat və yaxud 2,4 % çoxdur. "Bütövlükdə, ötən 5 ildə büdcə xərcləri 11,2 milyard manat və yaxud 41 faiz artıb. Strukturuna görə xərclərin 22,1 milyard manatı və yaxud 57,3 %-i cari xərclər, 14,4 milyard manatı və yaxud 37,3 %-i əsaslı xərclər, 2,1 milyard manatı və yxuda 5,4 %-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərdir".
Maliyyə naziri hesabat ilində icra olunmuş 22,1 milyard manat məbləğində cari xərclərin 92 %-nin və yaxud 20,4 milyard manatının qeyri-neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılandığını vurğulayıb.
Oxşar xəbərlər
İşğaldan azad olunmuş ərazilərdə infrastruktura 4,5 milyard manat vəsait yönəldilib
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2025-ci ilin dövlət büdcəsinin xərclərinin müvafiq istiqamətləri üzrə 4,5 milyard manat vəsai...