OPEC ölkələri iyulda iclas keçirəcək

16
iyn
2019
19:00
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrin növbəti görüşünün iyulun əvvəlində keçirilməsi gözlənilir.BAKU.WS Azərtac-a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Faleh məlumat verib.Yaponiyada keçirilən G20 energetika və ekologiya nazirlərinin görüşündə iştirak edən Xalid əl-Faleh bildirib ki, görüş iyulun birinci həftəsində gözlənilir.O, görüşdə neft hasilatının həcminin ixtisarı üzrə sazişin uzadılması barədə konsensusa gələ biləcəklərinə ümid bəslədiyini söyləyib.
Oxşar xəbərlər
Aprel ayı üzrə gündəlik neft hasilatı 683 min barel təşkil edib
Azərbaycanda aprel ayında gündəlik neft hasilatı 683 min barel olub. Bu barədə BAKU.WS-ə Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib....