OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının günü və yeri məlum oldu

OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclasının günü və yeri məlum oldu
İqtisadiyyat 396
OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası may ayında keçiriləcək.BAKU.WS xəbər verir ki, bu barədə Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclasında qərar qəbul edilib. Qəbul edilən yeni qərara görə, növbəti iclas Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçiriləcək.Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələri Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.BAKU.WS xəbər verir ki, iclasda 14 neft ölkəsi və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.Ziya SƏCCADBAKU.WS

Son xəbərlər