OPEC neft hasilatını gündəlik 1 mln. barel artırmaq barədə razılığa gəlib
22
iyn
2018
19:23
“OPEC ölkələri ümumilikdə neft hasilatının sutka ərzində 1 milyon barel artırmaq barədə razılığa gəliblər, bununla belə real neft hasilatı artımı sutka ərzində 600 min barel olacaq”.“APA-Economics” Bloomberg informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə qərar OPEC-in Vyanda keçirilən iclasında qəbul olunub.Agentlik qeyd edib ki, bununla da faktiki olaraq OPEC ölkələri kvotanın 100%-lik icrasının təmin edilməsi barədə razılığa gəliblər, bəzi ölkələr isə neft hasilatının azalmasını bərpa edə bilməyəcək.“OPEC ölkələri Venesuelada nefti hasilatının azalmasını kompensasiya etmək istəyirlər, lakin bunun üçün razılıq əldə etmək lazımdır”, - deyə məlumatda bildirilib.BAKU.WS
Oxşar xəbərlər
Bu il Azərbaycanda neft hasilatı azalacaq
2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb.BAKU.WS-in məlumatına görə, bu barədə “APA-Economics” OPEC-in yanvar ayı üzrə hesabatına istinadən xəbər verib.He...