Bu il Azərbaycanda neft hasilatı azalacaq
18
yan
2018
20:24
2017-ci ildə Azərbaycanda neft hasilatı azalıb.BAKU.WS-in məlumatına görə, bu barədə “APA-Economics” OPEC-in yanvar ayı üzrə hesabatına istinadən xəbər verib.Hesabatda qeyd olunub ki, ötən ilin dekabrında ölkədə neft hasilatı sutkalıq 0,01 mln. barel azalaraq orta hesabla 0,79 mln. barel təşkil edib. “Ötən ilin yanvar-sentyabr ayları ərzində Azəri-Çıraq-Günəşlidə (AÇG) hasilat sutkalıq 0,59 mln. barel təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə sutkalıq 50 min barel azdır. Buna baxmayaraq oktyabr və noyabrda hasilat yüksək olub”, - deyə hesabatda bildirilir.Bundan başqa, hesabatda 2018-ci il üçün neft hasilatı proqnozu da öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu il Azərbaycanda sutkalıq neft hasilatı 0,04 mln. barel azalaraq 0,76 mln. barel təşkil edəcək. BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 16-da 70,98 dollar/barel təşkil edib ki, bu da bazar ertəsi...