OPEC Azərbaycanda neft hasilatı üzrə proqnozunu açıqlayıb
12
dek
2018
18:35
2018-ci ilin sonuna Azərbaycanda orta gündəlik neft hasilatının həcminin dəyişməyərək 800 min barel olacağı proqnozlaşdırılır.BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə OPEC-in dekabr ayı üzrə hesabatında qeyd edilib.Hesabata əsasən, OPEC+ çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliyə uyğun olaraq, 2019-ci ildə ölkədə gündəlik neft hasilatının 20 min barel azalaraq 780 min barel olacağı gözlənilir.OPEC-in bundan əvvəlki aylıq hesabatında Azərbaycanda gələn il üçün gündəlik hasilatın 10 min barel azalaraq 790 min barel olacağı proqnozlaşdırılırdı.Xatırladaq ki, 2016-cı il dekabrın 10-da Vyanada imzalanmış “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaq öhdəliyi götürmüşdü.Cari ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 mln. barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın, təxminən, 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.BAKU.WS
Oxşar xəbərlər
OPEC neft bazarı ilə bağlı yeni saziş hazırlayır
OPEC neft bazarını tarazlaşdırmaq üçün hasilatı azaltmağa şərait yaradacaq yeni saziş layihəsini nəzərdən keçirir.BAKU.WS-in məlumatına görə, OPEC 2016-cı ildən...