Neftin ucuz qiymətinə ölkələr tab gətirə biləcəkmi?
Rusiya və Səudiyyə Ərəbistanı arasında başlayan neftin qiyməti mövzusunda qarşıdurma qlobal pandemiya dövrünə təsadüf edib.
BAKU.WS xəbər verir ki, koronavirus enerji bazarlarında həm təklif, həm də tələb tərəflərinə ciddi təsir göstərib.
Dünən Qərbi Texas nefti (WTI) tarixində ilk dəfə 301 faiz ucuzlaşıb. Beləliklə, istehsalçı ölkələr bu aşağı qiymətlərə nə qədər dözə bilər?
Rusiya və Səudiyyə Ərəbistanı arasında yaranan neft hasilatı mövzusunda fikir ayrılığı qiymətlərin aşağı düşməsinə səbəb olmuşdu. İki ölkə arasında qarşıdurmadan sonra Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) və bəzi OPEC olmayan istehsalçılar gündəlik neft hasilatını cəmi 10 milyon barel azaltmaq qərarına gəlmişdilər, ancaq bu da qiymətlərin normallaşmasına kömək etmədi.
WTI Texas nefti və Rusiyanın Ural nefti bazar ertəsi axşam tələb olmadığı üçün rekord qiymətə ucuzlaşdı. Eyni zamanda "Brent" markalı neftin qiyməti də 25 dollar səviyyəsinə düşdü.
Beləliklə, iqtisadiyyatı bütünlüklə neftdən asılı olan ölkələrin ucuz qiymətlərə nə qədər tab gətirə biləcəyi həyəcanla gözlənilir. Ekspertlər hesab edir ki, iqtisadiyyatları neft və təbii qaz kimi enerji mənbələrinin ixracından asılı olması ölkələr üçün təhlükəli haldır. Beynəlxalq Valyuta Fondunun (BVF) 2020-ci il üçün proqnozlarına görə, bir barrel neftin qiyməti Səudiyyə Ərəbistanı büdcəsi üçün 78,3 dollar, Rusiya üçün 49,2 dollar, İran üçün 124,4 dollar, İraq və Liviya üçün 59 dollar olmalıdır.
Rusiya neftin daha aşağı qiymətə satılmasına dözə bilər, çünki büdcəsini aşağı qiymətlərlə tarazlaya bilər və 570 milyard dollarlıq valyuta ehtiyatı bu mənada ciddi müdafiəni təmin edir. Səudiyyə Ərəbistanı büdcə balansını qorumaq üçün daha yüksək qiymətlərə ehtiyac duyur və ölkənin apardığı iqtisadi modernləşmə və sektoral şaxələndirmə prosesi büdcəyə əlavə yük yaradır. Bununla belə, bu ölkənin təxminən 500 milyard dollar valyuta ehtiyatı var və cəmi 25 faizdən aşağı olan ümumi borcun ümumi daxili məhsula nisbəti Səudiyyə Ərəbistanının bir müddət daha aşağı qiymətlərlə yaşaya biləcəyini göstərir.
Ancaq qiymət müharibələri tədricən uzanarsa, əvvəlcə Səudiyyə Ərəbistanı, sonra Rusiya ciddi ziyan görməyə başlayacaq.
Bir çox Asiya, Orta Şərq, Afrika və Latın Amerika ölkələrinin həyatı minerallar və neft kimi yeraltı sərvətlərin istehsalı və ixracına bağlıdır. Neftin qiymətinin kəskin ucuzlaşması bu ölkələrdə böyük fəlakətlərə səbəb ola bilər.
Oxşar xəbərlər
Azərbaycan tarixdə bir ilkə imza atacaq: İqtisadiyyatımızı nə gözləyir? - ŞƏRH
Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 9-cu iclasında 11 saata yaxın davam edən m...