Neftçalada 32 min 706 hektarda taxıl əkilib
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçala rayonunda ötən iln payızında bu ilin məhsulu üçün 32 min 706 hektarda taxıl əkilib.
Bu barədə "Report"un Aran bürosuna rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) məlumat verilib.
Bildirilib ki, əkilən taxılın 14 min 148 hektarı dəmyə şəraitində yetişdirilir, qalanı isə suvarılan sahədir.
Əkini zamanı 103 ton sertifikatlı buğda və 192 ton sertifikatlı arpadan istifadə olunub.
İndiyədək taxılın 720 hektarı suvarılıb, sahələrə 4300 ton yemləmə gübrəsi verilib.
Qeyd edək ki, ötən il rayonda 76 min 236 ton taxıl istehsal olunub, hər hektarın məhsuldarlığı 22,7 sentner olub.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...