İndoneziya stendi Dünya Qida Sərgisi -2016-da “Ən yaxşı müştəri cəlb edən” adını qazandı
Dünya Qida Sərgisi -2016-da İndoneziya stendi "Ən yaxşı müştəri cəlb edən” adına layiq görüldü. Çünk ilk gündən yüzlərlə ziyarətçi İndoneziya stendinə baş çəkib. Builki sərgidə İndoneziyanın çox təklifləri var. Bu ölkə artıq üçüncü dəfədir ki, Dünya Qida Sərgisinə qoşulur.
Bu il İndoneziya ənənəvi rəqslərdən biri olan "gemu fa mi re” ilə ziyarətçiləri birlikdə rəqsə dəvət etməklə sərgiyə daha çox enerji və yeni abu-hava gətirdi. Ziyarətçilər İndoneziya səfirliyinin əməkdaşları və könüllüləri ilə birlikdə rəqs edərkən çox həyəcanlı görünürdü.
May 21-nə qədər İndoneziya təmsilçiləri yemək bişirərək ölkənin milli mətbəxinin müxtəlifliyini təqdim etməklə sərgiyə daha da həyəcan qatırdı. Silat atraksionlarını göstərən indoneziyalı aşbaz Chef Muto eyni zamanda Azərbaycanda asanlıqla tapılan müxtəlif inqredientlərdən istifadə edərək unikal İndoneziya yeməyi bişirdi.
"Burada təqdim etdiyimiz proqramlarla ziyarətçilər həqiqətən də əylənirlər,” İndoneziya Respublikasının Azərbaycandakı səfiri, Husnan bəy Fananie:
"Onlar artıq bilirlər ki, İndoneziya artıq qlobal vətəndaş kimi rol oynamağa cəhd göstərir. Bu stenddə İndoneziya mədəniyyətinin müxtəlifliyi haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Bu kateqoriyada qalib olmaq İndoneziya səfirliyinin həqiqətən hədəflərindəndir. Çünki onlar inanırlar ki, bu mərhələdə İndoneziya Azərbaycan tərəfindən geniş şəkildə tanınıb. Biz insanların diqqətini cəlb etmək üçün stendimizin mövzusunu dizayn və təsis etdik. Və bizim bu kateqoriyada nailiyyətimiz böyük uğurdur” - İndoneziya səfirliyinin müşaviri Meita Timoer Poervonqqo deyib.
İndoneziyanın eyni zamanda Yava, Borneo, Bali və Sumatradan gətirilmiş suvenirlərdən ibarət kiçik bazarı da var idi. Bu il sərgidə İndoneziya "Halal məhsullar evi” mövzulu başlığı seçdi. Çünki artıq İndoneziya qlobal halal məhsullar bazarında rəqabətə hazırdır.
Oxşar xəbərlər
Azərbaycan raket istehsalına başlayır - VIDEO
"Biz nəzərdə tutumuşuq ki, ilin sonuna qədər 5 yeni zirehli maşın istehsalını həyata keçirək". Bunu ANS-ə müsahibəsində Malayziyada keçirilən sərgidə iştirak ed...