Arıqlamaq istəyənlər üçün əvəzedilməz qida
Bir çoxumuzu düşündürən məsələlərdən biri də "görəsən nə yesəm gün ərzində həm acmaram, həm də kökəlmərəm?" doktor Ayça Kaya bununla bağlı suallarınıza aydınlıq gətirib: "Özünüzü daha tox hiss etmək istəyirsinizsə və bədəninizdəki yağlardan qurtulmaq istəyirisinizsə hər gün 1 yumurta yeməyi vərdiş halına gətirin" deyə doktor Ayça Kaya bildirib.
Yumurta bildiyiniz kimi ən güclü zülal qaynaqlarından biridir. Araşdırmalara görə, səhərlər 1 yumurta yeyən şəxslər gün ərzində daha az acırlar.
Amerikada alimlərin apardığı araşdırmalar nəticəsində səhərlər yumurta yeyərək günə başlayan şəxslərin, başqa qida qəbul edən şəxslərlə müqayisədə gündəlik 400 kalori daha az yedikləri müəyyən olunub. Yumurtanı qaynadaraq yemək daha məqsədəuyğundur. Qaynadılmış yumurta ilə birlikdə pendir, zeytun, pomidor, yaşıl bibər də yeyə bilərsiniz.
BAKU.WS
Oxşar xəbərlər
Zəhərlənmənin qarşısını alan vacib şərtlər
Gigiyenik şəraitdə hazırlanmayan və uyğun temperaturda saxlanmayan bir çox qidalar zəhərlənməyə səbəb olur. Xüsusən də bu yaz aylarında havaların istiləşməsi il...