Nazir: Neftin qiyməti daha da bahalaşa bilər, əgər...
OPEC-in iclasları çərçivəsində görülən tədbirlərin dünya bazarında neftin qiymətlərinə təsiri oldu.
Bunu Trend-ə energetika naziri Natiq Əliyev deyib.
Nazir hesab edir ki, həmin tədbirlərin bundan sonra da təsiri olacaq:
"Ancaq o qədər də böyük təsir gözləmək lazım deyil. Biz hesab edirdik ki, iclasda qəbul edilən qərarlar neftin bir barelinin qiymətini 60 dollara qədər artırsın”.
N.Əliyevin fikrincə, bu il dünya bazarlarında neftin qiyməti dünya iqtisadiyyatının inkişaf tempindən asılı olacaq: "Bu il dünya iqtisadiyyatında böyük sıçrayıs olacaqsa, iqtisadi inkişaf tempi müşahidə olunacaqsa, onda neftin qiyməti daha da bahalaşa bilər".
BAKU.WS
Oxşar xəbərlər
“Gələn ildən neftin qiyməti artmağa başlayacaq” - Natiq Əliyev
"Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq”. "Qafqazinfo” xəbər verir ki, bu...