Natiq Əliyev: "Neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq"
"Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq".
BAKU.WS-in məlumatına görə, bu sözləri energetika naziri Natiq Əliyev deyib.
Nazir bildirib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır: "Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. Lakin bu belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir".
N.Əliyevin sözlərinə görə, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq: "Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda benzinin qiyməti bahalaşacaq?
Son günlər dünya bazarında neftin qiymətində əvvəlki günlərlə müqayisədə artım qeydə alınsa da , bu əvvəlki səviyyədə deyil. BAKU.WS xəbər verir ki, anspress-i...