“Gələn ildən neftin qiyməti artmağa başlayacaq” - Natiq Əliyev
"Proqnozlara əsasən, gələn ildən etibarən dünyada neftə tələbatın tədricən artması ilə neftin qiyməti də artmağa başlayacaq”.
"Qafqazinfo” xəbər verir ki, bu sözləri Energetika naziri Natiq Əliyev "Respublika” qəzetində dərc edilmiş "Dünya bazarında neft: Reallıqlar və perspektivlər” adlı məqaləsində qeyd edib:
"Yəni dünya bazarında neftin qiymət təlatümləri hər nə qədər iqtisadi səbəblərlə - ABŞ-ın neftə olan tələbatını tam öz hesabına ödəməsi, bu ölkənin Federal Ehtiyatlar Sisteminin hər ay dünya birjalarına buraxdığı vəsaiti azaltması, Avropa ölkələrinin iqtisadi tənəzzüldən hələ çıxa bilməməsi, Çində iqtisadi artım tempinin zəifləməsi, OPEC ölkələrinin neft hasilatını azalda bilməməsi və əksinə bir neçə dəfə artırması, böyük neft-qaz potensialına malik İranın dünya bazarına yenidən daxil olması, Liviya, İraq kimi neft ölkələrinin fəallaşması və s. bu kimi reallıqlarla əsaslandırılsa da, başlıca səbəblərin böyük güclər arasındakı siyasi ziddiyyətlərdən qaynaqlandığı əsla şübhə doğurmur. Krım hadisələri ilə əlaqədar Rusiya və Qərb ölkələri arasında münasibətlərin gərginləşməsi, Afrikadan Asiyaya qədər böyük bir coğrafiyada gündən-günə alovlanan münaqişələr, Rusiya-Suriya-Türkiyə problemi, Səudiyyə Ərəbistanı və İran qarşıdurması, sivilizasiyalararası toqquşmalar kimi dünya nizamını pozan proseslər də neft böhranını dərinləşdirən səbəblər kimi nəzərdən keçirilə bilər.
OPEC-ə üzv olmayan ölkələr burada çox səmimi, açıq əməkdaşlıq etməlidirlər, birgə düzgün qərarlar qəbul olunmalıdır və qərarların icrası ilə bağlı çox güclü nəzarət mexanizmi işlənməlidir. Əgər bu, olarsa, əminəm ki, yaxın gələcəkdə neftin qiyməti lazımi səviyyəyə qalxmalıdır. O səviyyəyə ki, həm hasilatçı ölkələri, neft kompaniyalarını, eyni zamanda, istehlakçı ölkələri də qane etsin”.
2017-ci ildə dünyada neftə gündəlik tələbatın 95 milyon 300 min barrel olacağı, 2020-ci ildə isə ABŞ iqtisadiyyatının sağlamlaşdırılması prosesinin davam etdirilməsi, Avropa, eləcə də inkişaf etmiş ölkələrdə iqtisadi artımın bərpası hesabına neftə tələbatın təxminən 2014-cü ildəki səviyyəyə çatacağı ehtimal edilir.
Proqnozlara əsasən, 2020-ci ilin ortalarında neftin barrelinin 100 dollar olduğu dövrə qayıtmaq mümkün olacaq”.
BAKU.WS
Oxşar xəbərlər
Naftlə bağlı bədbin proqnoz: "Post-neft dövrü başlayır"
"Neftin dünya bazar qiymətinin necə dəyişəcəyi qlobal gündəmi zəbt etməkdədir. Qlobal tələb-təklif ilə bağlı statistika tarazlıqdan xəbər versə də bazarda dayan...