Muxtar Babayev: Azərbaycanın yeni iqlim planları var
Azərbaycanın yeni iqlim planları var.
BAKU.WS xəbər verir ki, bunu COP29-un Prezidenti Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu planların əsas hədəfi iqlim dəyişikliyinə qarşı mübarizədir.
M.Babayev Bakıda keçirilmiş COP29-da yaşıl iqtisadiyyata keçidin də geniş müzakirə edildiyini xatırladıb:
"Energetika təhlükəsizliyi və onun ixracı müzakirə edildi. Enerji tranzitinin növbəti mərhələsini, təmiz energetika məsələsini də nəzərdən keçirmişik. COP29-da təmiz hidrogenin tənzimlənməsi 60 ölkə arasında müzakirə edilib".
COP29 prezidenti əlavə edib ki, Azərbaycan energetika sisteminin çevik olmasına çalışır:
"Bərpaolunan energetikaya keçidi təmin etmək üçün müzakirələr davam etdirilir. Bu gün biz iqlim dəyişikliyinə qarşı mübarizə aparırıq. Bu sahədə müəyyən kritik siqnalların olduğunu nəzərə alsaq, özəl sektorun da bu prosesə qoşulması lazımdır. Azərbaycan yaşıl energetika sahəsinə sərmayələr qoyur. Bu istiqamətdə hədəfləri və milli prioritetləri müəyyən edirik".
Oxşar xəbərlər
"Fitch" SOCAR-ın reytinqlərini dünyanın aparıcı neft-qaz şirkətləri sırasında qiymətləndirib
Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" korporativ reytinq meyarlarını və sahə naviqatorlarını yenilədikdən sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) da...