Mikayıl Cabbarov küveytli nazirlə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov Küveytə işgüzar səfəri zamanı bu ölkənin maliyyə naziri, elektrik enerjisi, su və bərpaolunan enerji naziri, eyni zamanda iqtisadi məsələlər və sərmayə üzrə dövlət naziri vəzifəsini icra edən və Küveyt İnvestisiya Qurumunun Direktorlar Şurasının sədri Subaih Abdul Əziz Abdul Muhsen Al-Muxaizim ilə görüşüb.
BAKU.WS xəbər verir ki, o, bu barədə "X" hesabında bildirib:
"Ölkəmizin əlverişli investisiya mühiti barədə məlumat verərək Azərbaycan ilə Küveyt arasında iqtisadi əlaqələrin genişləndiyini vurğuladıq. Ticarət, turizm, ənənəvi və bərpaolunanenerji, kənd təsərrüfatı, nəqliyyat və tranzit sektorlarında işbirliyi imkanlarını qeyd etdik".
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...