Mikayıl Cabbarov Conq Haysianq ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov "PowerChina Resources Ltd." şirkətinin sədri Conq Haysianq ilə görüşüb.
BAKU.WS xəbər verir ki, nazir bu barədə öz "X" hesabında paylaşım edib:
"Görüşümüzdə müasir texnologiyaların və innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlığın perspektivlərini qeyd etdik. Birgə fəaliyyətin şaxələndirilməsi, bərpaolunan enerji sahəsinə sərmayə qoyuluşu, ixrac potensialının artırılması, dövlət-özəl tərəfdaşlığı əsasında su resurslarının səmərəli şəkildə idarəolunması layihələrinin həyata keçirilməsi imkanlarını dəyərləndirdik".
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...