Mikayıl Cabbarov: "Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqaz arasında strateji körpü rolunu oynayır"
Azərbaycanın strateji əhəmiyyət daşıyan Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında təbii açar və körpü rolunu oynaması bir sıra iqtisadi layihələrin həyata keçirilməsində əvəzedilməz rol oynayır.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetində Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda bildirib.
"Ölkəmizin belə bir mövqe qazanmasına Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti, milli maraqların qorunması yolunda nümayiş etdirdiyi qətiyyət və beynəlxalq nüfuzu nəticəsində nail olunub", - nazir vurğulayıb.
Nazirin sözlərinə görə, dövlətimizin bu tarixi nailiyyətlərinin əldə edilməsində Prezidentin ən yaxın silahdaşı, Azərbaycanın Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın rolu danılmazdır: "Mehriban xanım Əliyevanın dünyada Azərbaycan həqiqətlərinin təbliği və ölkəmizin beynəlxalq nüfuzunun formalaşdırılmasında, Azərbaycanın milli maraqlarının qorunması ilə şərtləndirilən sülh gündəliyinin bölgədə bərqərar olunmasında rolu əvəzsizdir".
Oxşar xəbərlər
Banklar kibertəhlükələrə qarşı birləşirlər: Yeni texnologiya nə vəd edir?
"Gələcəkdə hər hansı bankda baş verəcək kibertəhlükəsizliklə bağlı insident təkcə həmin bankın problemi kimi qiymətləndirilməyəcək. Belə hallar dərhal Mərkəzi B...