Maliyyə Nazirliyi 75 milyon manatlıq istiqraz satdı

Maliyyə Nazirliyi 75 milyon manatlıq istiqraz satdı
İqtisadiyyat 83

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyi tədavül müddəti 720 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac təşkil edib.

Maliyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 74.7 milyon manat olub.

Maliyyə Nazirliyi tərəfindən 19.9 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 100.5978 (illik 6.45%), kəsmə qiyməti isə 100.5055 (illik 6,5%) səviyyəsində müəyyən edilib.

İstiqrazların ödəmə müddəti 30 sentyabr 2027-ci il tarixində başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər

Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər

Azərbaycanda fındıq ixracının fiziki həcmi 22.5 faiz azalıb. Azalmanın əsas səbəbləri arasında daxili tələbatın və emal sənayesinin genişlənməsi göstərilir. Qar...

190 İqtisadiyyat 12:55 19 sentyabr 2026

Son xəbərlər