Lalə Cəfərli: "Bank bağlansa da, vətəndaşın kredit borcu tarixçəsindən silinmir"

Lalə Cəfərli: Bank bağlansa da, vətəndaşın kredit borcu tarixçəsindən silinmir
İqtisadiyyat 255

"Bəzən elə müştərilər olur ki, zənn edirlər ki, bank bağlanıbsa artıq mənim borcum yoxdur. Təəssüf ki, insanlarda həqiqətən belə bir psixologiya var. Problem ondadır ki, əgər sizin borcunuz olan bank bağlanıbsa, bu sizin kredit tarixçəsindən silinmir, qalır".

BAKU.WS xəbər verir ki, bu sözləri "Maliyyə sektorunda aktual çağırışlar və Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti" adlı panel sessiyada çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Sığorta və risklərin idarə edilməsi departamentinin Maliyyə bazarlarının təhlili və risklərin modelləşdirilməsi şöbəsinin müdiri Lalə Cəfərli bildirib.

O qeyd edib ki, bankın bağlanmağından 5 il keçsə də, həmin müştəri başqa bankdan kredit götürmək istəyəndə ona başqa bir bankda öhdəliyi olduğunu və onu icra eləməli olduğunu bildirəcəklər.

"Bu da təbii ki, insanlarda əlavə maliyyə çətinliyi yaradır. İnsanları məlumatlandırmağa çalışırıq ki, bunu etməsinlər. Çünki əlavə enerji itkisinə səbəb olur" -deyə, qurum rəsmisi əlavə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər