Kreditlə telefon alanlara pis xəbər
13
iyn
2017
16:01
Azərbaycanda mobil telefonların pərakəndə satış məntəqələri IMEI-kodlarının qeydiyyat sisteminin "Girov” moduluna qoşulub.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, "Girov" modulu kredit borcunun ödənilmədiyi təqdirdə kreditlə əldə edilmiş mobil telefonları şəbəkədən ayırmağa imkan verir. "Hazırda bu modula bir çox mağaza qoşulub. İş təkcə Bakıda yox, ölkənin digər rayonlarında da həyata keçirilir”.
Mobil telefon kreditlə əldə olunarkən müştəriyə əvvəlcədən məlumat verilir ki, borcun vaxtında ödənilməyəcəyi halda mobil telefona operatorlar tərəfindən xidmət göstərilməyəcək.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda mobil nömrə satışı dayandırıldı
Dünəndən etibarən Azərbaycanda mobil telefon nömrələrinin satışı dayandırılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Bakı və rayonlarda mobil operatorla...