İzmirdə məlumatlandırma sessiyası keçirilib - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Enerji Dialoqu Platforması çərçivəsində gənc media nümayəndələri üçün keçirilən silsilə məlumatlandırma sessiyalarının iştirakçılarının Türkiyəyə səfəri təşkil olunub.
BAKU.WS xəbər verir ki, səfərin ilk günündə gənc media nümayəndələri SOCAR-ın İstanbul şəhərində yerləşən ofisini ziyarət edib, şirkətin fəaliyyəti ilə tanış olublar. Burada təşkil olunan məlumatlandırma sessiyasında "SOCAR Türkiyə"nin baş icraçı direktorunun kommunikasiya və dövlətlə əlaqələr üzrə müavini Mikayıl Yusifov şirkətin qardaş ölkədəki çoxşaxəli fəaliyyəti, icra olunan layihələr, əldə olunan nailiyyətlər, strateji hədəflərlə bağlı ətraflı məlumat verib, media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Səfər proqramının növbəti günündə İzmir şəhərinə səfər edən gənc media nümayəndələri üçün "SOCAR Türkiyə" şirkətinin Əliağadakı inzibati binasında məlumatlandırma sessiyası keçirilib.
Daha sonra gənc jurnalistlər üçün "Petkim" neft-kimya kompleksinin, "STAR" Neft Emalı Zavodunun və "SOCAR Terminal"ın ərazisinə sahə turları təşkil olunub. Sahə turları çərçivəsində iştirakçılar müəssisələrin əməliyyat fəaliyyəti, müasir texnoloji imkanları ilə tanış olublar.
Ətraflı BAKU.TV-nin materialında:
Oxşar xəbərlər
Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərci cüzi azaldıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 975,498 milyon ABŞ dolları dəyərində mal idxal edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki...